Fuad Abbasov əmisinin yasında iştirak edə bilmədi
    • 14-06-2019, 18:08
    • 1 073

Fuad Abbasov əmisinin yasında iştirak edə bilmədi

Fuad Abbasov əmisinin yasında iştirak edə bilməyib. 

Bunu News24.az-a Fuad Abbasovun anası Billur Abbasova bildirib. Onun sözlərinə görə, bir neçə gün öncə Fuadın əmisi rəhmətə gedib: «Artıq üç mərasimi də keçirilib, amma onun bu hadisədən heç xəbəri yoxdur. Oğlum nə yasa gələ bildi, nə başsağlığı verdi”. 

Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib. F.Abbasov da bununla razılaşmadığı üçün aclıq aksiyasına başlayıb. 

Afaq Mirayiq