-
- 6-06-2019, 12:38
- 1 822
Zamiq yayı belə açdı - FOTOLAR
Müğənni Zamiq Hüseynov yay mövsümünün ilk konsertini edib.
News24.az xəbər verir ki, sənətçi Heydər Əliyev Sarayından sonra Bakının məşhur restoranlarının birində səhnəyə çıxıb. Tədbirin aparıcısı MTV-nin yeni siması Mədinə Abdullayeva olub.
Zamiq gecəni "Varmı" adlı mahnısı ilə açıb. O, daha sonra ard-arda hitlərini səsləndirib. İki saata yaxın səhnədə olan müğənni 20 mahnısını canlı ifa edib.
Bundan əlavə, konsertdə Zamiqin duet ortaqları Elşad Xose və Nadir Nəğd Pul da iştirak edib. Onlar Hüseynovla birgə ortaq layihələri olan "Özü bilər", "Qoy ağlasın" və "Vaxt bol"u səsləndiriblər.
Müğənni gecəni "Unudaram" mahnısı ilə bitirib.