Zamiqin konsertində yaşananlar - FOTO - VİDEO
    • 11-02-2019, 13:54
    • 1 283

Zamiqin konsertində yaşananlar - FOTO - VİDEO

Müğənni Zamiq Hüseynov “Bu gün bizim günümüz” adlı konsert proqramı ilə çıxış edib.

News24.az xəbər verir ki, Heydər Əliyev sarayında baş tutan gecədə ifaçının həmkarları və yaxın dostları onu tək qoymayıb.

İlk olaraq media nümayəndələrinin suallarını cavablandıran Z.Hüseynov daha sonra səhnəyə çıxaraq ilk mahnısını səsləndirib.

“Varmı” adlı mahnısını ifa etdikdən sonra isə zalda əyləşənləri salamlayıb və hər kəsi konsertdə görməkdən şad olduğunu dilə gətirib:

“Çox sevinirəm, sizi burda görməyə çox şadam. İllərdir ki, məhz bu anın həsrətini çəkirdim. Əziz dostlar, mənə doğru axan sevgi selinin qarşılığını vermək mümkün deyil”.

İfaçı Heydər Əliyev Sarayında konsert verməyin onun çoxdanki arzusu olduğunu bildirib:

“Asəf Zeynallı adına Konservatoriya bura çox yaxındır. Orda təhsil aldığım illərdə afişalara baxıb fikirləşirdim ki, “Tanrım, görəsən, burda bir-iki mahnı oxumaq nə vaxtsa mənə qismət olacaq?”. Nəhayət ki, sevginiz nəticəsində yaranan axşamda bir-birindən gözəl mahnılar ifa edəcəyəm. Əslində demək istədiyim sözlər çoxdur, növbəti dəqiqələrdə gözəl əhvalatlar danışacam”.

Zamiq Hüseynov konsert boyu ən hit mahnılarını səsləndirib və onu dinləməyə gələnlərlə ünsiyyətdə olub.

Teymur MƏMMƏDOV
Foto/Video: Fərid ŞABANOV