-
- 23-08-2024, 10:58
- 346
Tanınmış jurnalist oğlu ilə birgə TƏLƏBƏ OLDU
Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı və oğlu Turqut tələbə adını qazanıblar.
News24.az xəbər verir ki, bu barədə jurnalist özü sosial şəbəkə hesabında məlumat paylaşıb:
“Ata-bala tələbə olduq. Bu gün həyatımda çox əlamətdar bir gündür. Böyük oğlum Turqut Muradlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter mühəndisliyi fakültəsinin tələbəsi adını qazandı. Dövlət sifarişli ixtisasa yiyələnib dövlətimizə xidmət edəcək.
Mən özüm də dinc durmayıb ikinci ali təhsil üçün müraciət etdim. Sınaqdan uğurla keçərək Azərbaycan Texniki Universitetinin Logistika və nəqliyyat texnologiyaları fakültəsinə qəbul oldum.
Övladları ali məktəbə qəbul olan bütün valideynləri təbrik edirəm!”.//lent