-
- 23-08-2024, 12:11
- 600
Sürücü bilinmir ayıqdır, yoxsa sərxoş — VİDEO
"Taksi fəaliyyəti ilə bağlı qoyulan tələblər kifayət qədər lazımlıdır".
Bu sözləri News24.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Yasin Mustafayev deyib.
"Əslində birdən-birə belə keçid taksi fəaliyyətini silkələdi. Amma komfort, rahatlıq, təhlükəsizlik istəyiriksə, biz buna getməliyik. Onu da qeyd edək ki, qərarın qüvvəyə minməyinə baxmayaraq hələki müvafiq qurum sürücüləri çox da sıxmır. Taksi sürücüləri ilə danışan zaman görürük ki, köhnə nəqliyyat vasitəsi, buraxılış kartı olmayan taksilər işləyir".
Ekspert taksi sürücülərinin şikayətləri haqqında da fikirlərini bildirib:
"Taksi sürücüləri isə hər zaman sikayətçidirlər. Lakin bir şeyi düşünməlidirlər ki, insanlar keyfiyyət, təhlükəsizlik, yüksək xidmət səviyyəsi istəyir. Onlar bu tələblərə cavab verməlidirlər. Bundan əlavə qiymət də 1.5-2 dəfəyə qədər artıb. Onların şikayət etməyə əsasları yoxdur. Əgər bu şikayət maşınlarla bağlıdırsa, tələblər qoyulmamışdan qabaq nəqliyyat vasitələrinin vəziyyətini hamımız bilirik: xarab, vuruq, əzik vəziyyətdə. Sürücü bilinmir ayıqdır yoxsa sərxoş. Təbii ki, bunlar hamıya şamil edilmir, yüksək əxlaqlı, gözəl etikaya malik sürücülər də var. Amma bu qaydalar hamıya aiddir və əməl edilməlidir".
Məryəm İlhamqızı