Taksi sürücülərini SEVİNDİRƏCƏK XƏBƏR - VİDEO
    • 13-10-2023, 09:42
    • 291

Taksi sürücülərini SEVİNDİRƏCƏK XƏBƏR - VİDEO

Taksilər də avtobuslar üçün yaradılmış xüsusi zolaqdan istifadə edə bilər.

News24.az xəbər verir ki, bunu Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, taksi standartları müəyyən edildikdən sonra taksilərin avtobus zolaqlarından istifadə etməsi məsələsinə baxıla bilər.

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı Xəzər TV-yə bildirib ki, beynəlxalq təcrübəyə əsasən, digər ölkələrdə avtobuslar üçün yaradılan zolaqlardan taksilər də istifadə edirlər. Çünki taksi də ictimai xidmət sahəsi hesab edilir və bunun üçün paytaxtın bəzi küçə və prospektində olan xüsusi zolaqlardan onların da istifadəsi mümkündür.

Taksi sürücüləri də irəli sürülən təklifi yüksək qiymətləndirirlər. Onlar da saatlarla tıxacda qalmayacaqlarını və maddi baxımdan büdcələrinə müsbət təsir edəcəyini deyirlər.

Ekspert hesab edir ki, qanunsuz fəaliyyət göstərib, amma avtobus zolağına daxil olan taksi sürücüləri xüsusi texniki vasitələrlə müəyyən ediləcəklər. Onlar barəsində də qanunamüvafiq qaydada cərimə tətbiq ediləcək.