Harrisdən İsrailə DƏSTƏK
    • 23-08-2024, 12:50
    • 181

Harrisdən İsrailə DƏSTƏK

Prezidentliyə namizəd Kamala Harris seçiləcəyi təqdirdə İsrailin özünümüdafiə hüququnu həmişə dəstəkləyəcəyini bildirib. 

News24.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

O qeyd edib ki, Vaşinqton bunun üçün Yaxın Şərqdəki müttəfiqini bütün lazımi vasitələrlə təmin edəcək.

“Mən həmişə İsrailin özünümüdafiə hüququnu dəstəkləyəcəyəm və onun bu hüququndan istifadə etmək imkanının olmasını təmin etmək niyyətindəyəm”, - Harris vurğulayıb.

O, qələbə qazanacağı təqdirdə dünyanın ən güclü ordusunu yaratmağa söz verib. Prezidentliyə namizəd həmçinin Ukrayna və NATO müttəfiqlərini də dəstəkləyəcəyinə söz verib.

Məryəm İlhamqızı