Kamala Harris REKORD ianə topladı
    • Dünən, 09:12
    • 205

Kamala Harris REKORD ianə topladı

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratların prezidentliyə ən yaxın namizəd olan Harris rekord səviyyədə ianə toplayıb.

News24.az xəbər verir ki, Harrisin komandasının verdiyi açıqlamaya görə, Bayden onu prezidentliyə namizəd göstərdikdən sonra son 24 saat ərzində Harrisə 81 milyon dollar bağışlanıb.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, sözügedən rəqəm 24 saat ərzində çatılan ən yüksək ianə məbləği olaraq qeyd edildi.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri zamanı toplanan ianələrin miqdarı və donorların sayı seçkinin nəticələri haqqında təsəvvür yaratmaq üçün diqqətlə izlənilir.

Onun Respublikaçı rəqibi Donald Tramp isə 24 saat ərzində 50 milyon dollardan çox ianə toplayıb.

Bildirək ki, Harris partiya qurultayında namizədliyi üçün lazımi dəstəyə çatıb.

Günel Məlikzadə