-
- 3-11-2023, 11:33
- 148
"İsraili dəstəkləyirik, şərt qoymayacağıq" - HARRİS
“İsrailə özünü müdafiə etmək üçün verdiyimiz dəstəyə görə heç bir şərt qoymayacağıq”.
News24.az xəbər verir ki, bunu ABŞ-nin I vitse-prezidenti Kamala Harris deyib.
Harris bu barədə jurnalistin “ABŞ İsrailə hərbi yardımı HƏMAS-a qarşı müharibə zamanı Qəzzada mülki itkiləri azaltmaqla şərtləndirməlidirmi” sualına cavab olaraq bildirib.
“Gəlin açıq danışaq, 7 oktyabrda baş verənləri heç vaxt unutmayaq, burada yüzlərlə, minlərlə - 1400 günahsız insan öldürüldü, qətlə yetirildi , o gənclər sadəcə konsertə gəlmişdilər. Beləliklə, biz İsrailin özünümüdafiə haqqını dəstəkləməyə və yanında olmağa davam edəcəyik”,- o deyib.
ABŞ rəsmisi həmçinin Qəzzada dinc insanların həlak olmasından təəssüfləndiyini qeyd edib: “Vaşinqton İsrailə bu müharibəni necə aparmalı olduğunu demir”.
Ayşən