-
- 23-08-2024, 21:43
- 376
Valideynlərin uşaqlara zərər vuran VƏRDİŞİ
Valideynlərin bir çox vərdişləri öz uşaqlarına zərər verir. Uşağın psixologiyası pozulur, bu da, şübhəsiz ki, gələcəyə təsir edir.
News24.az Lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər müasir ata və anaların onlara o qədər də vacib görünməyən daha bir vərdişinin adını çəkiblər: smartfondan asılılıq.
Albertadakı Kalqari Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, valideynlərin uşaqlarından çox smartfonlarına diqqət yetirmək vərdişi həm böyüklərin, həm də uşaqların psixi vəziyyətini pisləşdirir. Nəticələr 9-11 yaş arası 1300-dən çox uşaq üzərində aparılan araşdırmada əldə edilib. Tədqiqatın mövzusu məktəblilərdə valideynlər tərəfindən telefonların istifadəsi ilə əlaqəli olan narahatlıq idi.
Araşdırmalar 2020-ci ildən 2022-ci ilə qədər aparılıb. Nəticədə uşaqların yüksək səviyyədə narahatlığı ilə valideynlərin telefondan asılılığı arasında əlaqəni sübut etmək mümkün olub.
Yüksək səviyyəli narahatlıqdan əlavə, uşaqlar da DEHB əlamətlərini göstəriblər, alimlər bunu uşaqların emosional və fiziki ehtiyaclarına məhəl qoymayan böyüklərlə əlaqələndirirlər.