-
- 2-10-2019, 12:53
- 933
"Təəssüf ki, bu göstərici ölkəmizdə aşağı səviyyədədir..."- MƏHƏBBƏT VƏLİYEVA
Valideynlərin uşaqların təhsilində rolu uşaqların təlim nailiyyətlərinə təsir edən amil kimi götürülür. Təəssüf ki, bu göstərici ölkəmizdə aşağı səviyyədədir".
News24.az-ın xəbərinə görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, məkətəbəqədər təhsil uşaqların gələcək inkişafına çox yüksək təsir göstərir: "Məktəbəqədər təhsil, evdə öyrənmə mühiti, valideynlərin uşaqların təhsilində iştirakı, şagirdlərin təlim nailiyyətlərinə ciddi təsir göstərir. Təhsil Nazirliyi beynəlxalq qiymətləndirmələrdə iştirak edir. Həmin qiymətləndirmələrin üç meyar üzrə nəticələri heç də ürəkaçan deyil.
Təəssüf olsun ki, ölkəmizdə məktəbəqədər təhsilə cəlb olunan 3-4 yaşlı uşaqlar ölkə əhalisinin cəmi 15 fazini təşkil edir, bu da göstəricilərin aşağı səviyyədə olmasının səbəblərindən biridir. Evdəki təhsil mühiti də uşaqların təhsilinə çox ciddi şəkildə təsir edir. Təəssüf ki, bu göstəricilər üzrə də ölkəmizin nəticələri aşağı sıralardadır. Bununla yanaşı, valideynlərin uşaqların təhsilində rolu uşaqların təlim nailiyyətlərinə təsir edən amil kimi götürülür. Təəssüf ki, bu göstərici də ölkəmizdə aşağı səviyyədədir.
Afaq Mirayiq