"Green Card" müraciəti nə zaman başlayacaq?
    • 23-08-2024, 16:51
    • 582

"Green Card" müraciəti nə zaman başlayacaq?

ABŞ-də vətəndaşlıq əldə etmək şansı verən "Green Card"  müraciətləri üçün geri sayım davam edir. 

News24.az bildirir ki, manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

ABŞ-nin  "Freetown" səfirliyindən verilən açıqlamda bildirilib ki, ən yaxın zamanda müraciət qəbulunun başlanacağı gözlənilir. 

"Green Card" müraciətləri hər il oktyabr/noyabr aylarında başlayır.

Ötən il ərizələr 4 oktyabr 2023-cü il və 7 noyabr 2023-cü il tarixləri arasında qəbul edilib.

Builki müraciət təqvimi isə hələ dəqiqləşməyib.