Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət məhdudlaşdırılacaq
    • 24-08-2024, 12:48
    • 322

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət məhdudlaşdırılacaq

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma  işləri  davam edir.

News24.az xəbər verir ki, 24 avqust saat 23:59-dan etibarən  Azadlıq prospektindən Neftçilər prospektinə çıxış nəqliyyatın hərəkəti üçün məhdud olacaq. 

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.