14 avqust saat 23:00-dan başlayaraq... - Əhalinin DİQQƏTİNƏ!
    • 14-08-2024, 09:28
    • 385

14 avqust saat 23:00-dan başlayaraq... - Əhalinin DİQQƏTİNƏ!

Bakıda keçiriləcək 2024-cü il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir. 

News24.az xəbər verir ki, avqustun 13-ü saat 23:00-dan etibarən mərkəzi yollarda hərəkət və parkinq məhdudiyyətləri tətbiq olunacaq. 

Məhdudiyyətlər 13-16 avqust tarixlərində gecə saat 23:00-dan səhər saat 06:00-dək davam edəcək.

Yollar haqqında ətraflı məlumatı təqdim edirik:

13 avqust saat 23:00-dan 14 avqust saat 06:00-dək Xaqani küçəsinin sağ və sol tərəfi, “Azadlıq”n kəsişməsindən “Puşkin” kəsişməsinə qədər;

14 avqust saat 23:00-dan 15 avqust saat 06:00-dək Xaqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, “Xaqani-Rəşid Behbudov”n və “Xaqani-Azadlıq”n kəsişmələri arası;

15 avqust saat 23:00-dan 16 avqust saat 06:00-dək Xəqani küçəsinin nəqliyyatın hərəkəti istiqamətində sol tərəf, “Bülbül-Xaqani”n və “Rəşid Behbudov-Xaqani” kəsişmələri arası.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 13-15 sentyabr tarixlərində keçiriləcək.