Avqustun 20-dən başlayaraq... - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ
    • 20-08-2024, 15:51
    • 11 422

Avqustun 20-dən başlayaraq... - Əhaliyə RƏSMİ XƏBƏRDARLIQ

Bakı şəhərində Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq məqsədilə yollarda quraşdırma işləri sürətlə davam edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən “News24.az”a verilən məlumata görə, 20 avqust saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyata bağlı olacaq. Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 13-15 sentyabr tarixlərində keçiriləcək.