Bahalı geyim əşyaları oğurlandı
    • 24-08-2024, 12:34
    • 307

Bahalı geyim əşyaları oğurlandı

Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki evlərin birindən 100 manat, 350 dollar pul və 300 manat dəyərində geyim əşyaları oğurlanması barədə polisə məlumat daxil olub.

News24.az xəbər verir ki, hadisə ilə bağlı DİN məlumat yayıb.

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən S. İbrahimov müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.