Bakıda əməliyyat – Həbs olunanlar var
    • 1-06-2023, 11:08
    • 362

Bakıda əməliyyat – Həbs olunanlar var

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

News24.az
  xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 25-də Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 641 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Vüqar Qafarov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Camal Nurəliyev və Taleh Zairov müəyyən olunaraq həbs ediliblər.

Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 8-nə keçən gecə Ə.Əliyev küçəsində yerləşən köşklərin birindən 500 manat pul və 2500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elnur İsayev müəyyən olunaraq saxlanılıb.

Mayın 29-da Yasamal rayonunun Mətbuat prospektində bir nəfərin qol nahiyəsinə bıçaqla xəsarət yetirilməklə 30 manatının talanması barədə polisə məlumat daxil olub.

Ətraflı
Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Fərid Kərimov müəyyən olunaraq saxlanılıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.