-
- 24-08-2024, 14:36
- 112
Bellinqhem 1 ay oynamayacaq
“Real Madrid” klubunun yarımmüdafiəçisi Cud Bellinqhem zədələnib.
“News24.az” xəbər verir ki, ingiltərəli futbulçu ayaq əzələsindən zədə alıb.
Cud Bellinnqhemin məlum səbəbdən 1 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
Qeyd edək ki, Bellinqhem UEFA Superkuboku uğrunda “Real Madrid” - “Atlanta” matçının ən yaxşı oyunçusu seçilmişdi. Komandası sabah bu mövsümün ilk ev oyununda “Real Valyadolid”lə qarşılaşacaq.