"Real Madrid"də ağır itki - Ançelotti açıqladı
    • 23-08-2024, 21:30
    • 355

"Real Madrid"də ağır itki - Ançelotti açıqladı

"Real Madrid" klubu itki ilə üzləşib. 

Offsideplus.az xəbər verir ki, Cud Bellinqem məşq zamanı zədələnib. Bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti məlumat yayıb. İtaliyalı mütəxəssis yarımmüdafiəçinin tibbi müayinədən keçdiyini açıqlayıb. Bellinqem 1 ay müddətinə sıradan çıxıb. 

Qeyd edək ki, "Real" 25 avqust Bakı vaxtı ilə saat 19:00-da "Real Valyadolid"lə qarşılaşacaq.