-
- 25-08-2024, 08:29
- 1 094
Bu ölkələr Bakını bombalamaq istəyib - FOTOFAKT
İngiltərə və Fransa 1940-cı ildə Bakıdakı neft mədənlərini bombalamaq istəyib.
News24.az Sfera.az-a istinadla xəbər verir ki, bu, Rusiya Prezident Kitabxanası tərəfindən nəşr olunan Rusiya Dövlət Hərbi Arxivinin sənədlərindən aydın olur.
Həmin sənədlərə görə, hər iki ölkə 1940-cı ildə Bakıdakı neft mədənlərini bombalamaqla SSRİ-ni diz çökdürmək və son nəticədə onun dağılmasına nail olmağı planlaşdırıb.
İngiltərə və Fransa SSRİ-yə zərbə endirmək üçün Finlandiyanı da təhrik ediblər. Onlar Finlandiyanı Leninqrad, Kronştadt və Murmanskda planlaşdırılmış reydlər üçün aktiv şəkildə silahla təmin ediblər.