Hindistan ABŞ-dan neft alışını artırdı
    • 19-03-2024, 13:44
    • 465

Hindistan ABŞ-dan neft alışını artırdı

Rusiyaya qarşı sanksiyaların ağırlaşması və Hindistanlı neft alıcılarının fərqli bazarlar axtarmasına səbəb olması ilə ölkənin neft emalı zavodları tərəfindən ABŞ-dan neft alışı son bir ildə ən yüksək həddə çatıb.

News24.az xəbər verir ki, anonim qalmaq istəyən mənbələr Hindistanın dövlət neft şirkətləri Bharat Petroleum və Indian Oil Corporation neft-kimya şirkəti Reliance Industries-in aprel ayı üçün ABŞ-dan təxminən 7 milyon barel neft aldığını bildirib. Kpler məlumat analitik şirkətinə görə, bu, may ayından bəri ən böyük aylıq həcmdir.

Qeyd edək ki, Rusiya Ukraynanı işğal etdikdən sonra Rusiyadan Hindistana neft nəqli artdı.  Rusiya hələ də Hindistanın ən böyük neft tədarükçüsü olaraq qalır. Lakin ABŞ-ın Rusiyaya qarşı sanksiyaları neft daşınmalarında fasilələrə səbəb olub. Sanksiyalardan ən çox Rusiyanın “Sokol” nefti zərər çəkib.

Həmçinin, Ukrayna müharibəsindən əvvəl Hindistanın neft idxalında 2 faiz paya malik olan Rusiya 2023-cü ildə bu payı 30 faizə çatdıraraq ölkənin ən böyük neft tədarükçüsünə çevrilib.

Günel Məlikzadə