Zelenski Kadırovdan üzr istəmişdi - Alaudinov
    • 25-08-2024, 13:00
    • 237

Zelenski Kadırovdan üzr istəmişdi - Alaudinov


Xüsusi əməliyyat başlamazdan əvvəl Vladimir Zelenski Çeçenistan rəhbəri Ramzan Kadırovdan göz yaşları içində üzr istəmişdi.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu “Əhməd” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov deyib.

“Əgər sən (Zelenskiyə müraciət edir – red.) artıq mənim videolarıma baxırsansa, qalan hissələrə də baxmalısan. Bilməlisən ki, “Kvartal 95” vaxtı sən çox qorxanda, ağlayanda və dostunu Ramzan Kadırovdan səni bağışlamasını istəməyə göndərəndə, o zaman ondan səni bağışlamasını xahiş edən mən oldum”, - Alaudinov bildirib.