-
- 25-08-2024, 16:00
- 327
Rusiya Fransaya nota GÖNDƏRDİ
Rusiyanın Parisdəki Səfirliyi Fransa Xarici İşlər Nazirliyinə nota göndərərək teleqram messencerinin saxlanılan həmtəsisçisi Pavel Durovla konsulluq əlaqəsi tələb edib.
News24.az "Unikal"a istinadla xəbər verir ki, bunu "Rossiya-24" telekanalının efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Parisdəki səfirliyimiz bu məlumatı alan kimi dərhal yerli tərəflə əlaqə saxlayıb və Fransa Xarici İşlər Nazirliyinə giriş tələbi ilə nota göndərib", - o deyib.
“Problem ondadır ki, Pavel Durov Fransa vətəndaşlığına malikdir, - diplomat qeyd edib.