Fransa Rusiya diplomatlarını “persona non-qrata” elan etdi
    • 12-04-2022, 00:29
    • 461

Fransa Rusiya diplomatlarını “persona non-qrata” elan etdi

Rusiyanın Parisdəki müvəqqəti işlər vəkili bazar ertəsi axşam saatlarında Fransanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona altı rusiyalı diplomatın “persona non-qrata” elan edildiyi bildirilib.

Bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Olduqca uzun sürən araşdırma nəticəsində Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI) aprelin 10-da, bazar günü Rusiya kəşfiyyat xidmətlərinin ərazimizdə həyata keçirdiyi gizli əməliyyatı aşkar edib”, - Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş kommünikedə deyilir.

"Fəaliyyətləri milli maraqlarımıza zidd olan, diplomatik pərdə altında fəaliyyət göstərən Rusiyanın altı agenti “persona non qrata” elan edilib", - Fransa Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. /Teleqraf.com/