Sükanı arvadına etibar etdi, qəzaya düşdülər
    • 4-08-2018, 10:14
    • 829

Sükanı arvadına etibar etdi, qəzaya düşdülər

Rusiyadan gələn ər-arvad qəzaya düşüb.

News24.az xəbər verir ki, Bakı-Quba yolunun 61-ci kilometrliyində Rusiyadan Bakıya qonaq gələn ailə KİA markalı avtomobillə hərəkətdə olan yük avtomobilinə arxadan çırpılıb.

Belə ki, İmran Qafarov və xanımı sıra ilə maşını idarə edib. Növbə həyat yoldaşına çatanda cütlük qəzaya düşüb.


Yaralı Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.


Faktla bağlı BDYPİ-ndə araşdırma aparılır.

//Qafqazinfo.az