“Aİ-92” markalı benzin ucuzlaşdı
    • 26-08-2024, 09:50
    • 8 587

“Aİ-92” markalı benzin ucuzlaşdı

Bu ilin ilk yarısında xarici ölkələrdən Azərbaycana 19 min 745,5 ton “Aİ-92” markalı benzin idxal olunub. İdxal olunan benzinin gömrük dəyəri 16 milyon 984,4 min dollar olub.

1 ton benzinin 1 310 litr olduğunu nəzərə alsaq, o zaman ölkəyə gətirilən benzinin 1 litrinin gömrük dəyəri 66 sent və ya mövcud məzənnə (1 dollar/1,7 azn) ilə hesablandığı zaman 1,12 manata bərabər olur.

Məlumat üçün bildirək ki, ötən ilin eyni dövründə ölkəyə idxal olunan “Aİ-95” markalı benzinin 1 litrinin gömrük dəyəri 71 sent və ya 1,21 manat olub.

Qeyd edək ki, Azərbaycan bu il “Aİ-95” markalı benzini aşağıdakı ölkələrdən idxal edib:

Rusiya – 14 611 ton (1 litr – 1,04 manat)

Bolqarıstan – 5 134 ton (1litr – 1,34 manat)

Onu da qeyd edək ki, bu ilin 29 iyun tarixində Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif Şurası “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətini 1 litr üçün 10 qəpik artıraraq 1,10 manata qaldırılıb.