-
- 26-08-2024, 13:23
- 583
Saç tökülməsini aradan qaldıran TƏBİİ ÜSULLAR
Saç tökülməsi hər kəsin qarşılaşa biləcəyi problemdir. Saç tökülməsi və sonradan keçəlləşmə müəyyən səbəblərdən baş verir. Düzgün olmayan saç baxımı, yetərsiz saç qidalanması və stres kimi səbəblərdən qaynaqlanan saç tökülmələri, genetik səbəblərdən də meydana gələ bilər.
Saç tökülməsinin genetik olmadığı hallarda qarşısını ala bilərsiniz. Bundan əlavə, saç köklərini gücləndirən və saç tökülməsinə son verən bəzi təbii üsullar da var.
News24.az həmin təbii üsulları təqdim edir:
Zeytun yağı: Zeytun yağı E vitamini ilə zəngindir. Bundan əlavə, tərkibində omeqa qrupu yağ turşuları olan zeytun yağı baş dərisini bərpa edərək saç köklərini gücləndirir. Bu şəkildə həm də yeni saçların əmələ gəlməsinə səbəb olur və saç tökülməsinin qarşısını alır. Zeytun yağı saçlarınıza kökdən uclarına qədər masaj edərək çəkə bilərsiniz.
Qara zirə yağı: Qara zirə yağı dəmir və maqnezium kimi minerallarla zəngindir. Saç tökülməsinin qarşısını alan qara zirə yağı saç köklərindəki quruluğu da aradan qaldırır. Bu yağı saç köklərinə masaj edərək istifadə edə bilərsiniz.
Bənövşə yağı: Bənövşə yağı saçların canlanmasına təkan verir və saç tellərini gücləndirərək qırılmaların qarşısını alır. Bənövşə yağı saç tökülməsinə, həmçinin kəpəyin yaranmasına da mane olur. Saç nəmləndiricisi kimi sadəcə bir neçə damcı bənövşə yağı istifadə etmək kifayətdir.
Sarımsaq yağı: Sarımsaq yağı saçların sürətli və sağlam uzanmasına səbəb olur. Saç tökülməsinin qarşısını alır və saçları qalınlaşdırır. Saçınıza bir neçə damcı sarımsaq yağını dibindən uclarına qədər masaj edərək çəkə bilərsiniz.
Məryəm İlhamqızı