Messi 1 milyardlıq təklifi geri çevirdi
    • 26-08-2024, 21:00
    • 620

Messi 1 milyardlıq təklifi geri çevirdi

Leo Messi 1 milyardlıq təklifi geri çevirib.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, "Əl Hilal" klubu ötən yay argentinalı ulduza təklif göndərib. Bu barədə "Fox Sports Agency" məlumat yayıb. 

Ərəb klubu həftəlik 15-20 milyon avro məvacib verməyə hazır olub. Bu isə bonuslarla birlikdə 1 illik 900 milyon - 1 milyard avro deməkdir.