Şimali Koreya müharibəyə hazırlaşır: “Daha çox PUA istehsal etməliyik”
    • 26-08-2024, 16:18
    • 612

Şimali Koreya müharibəyə hazırlaşır: “Daha çox PUA istehsal etməliyik”

Şimali Koreya lideri Kim Çen In Müdafiə Elmləri Akademiyasının Dron İnstitutuna baxış keçirib. Yerli istehsal edilən PUA-lar barədə səlahiyyətlilərdən məlumat alıb.

News24.az xəbər verir ki, rəsmi mənbələrə görə, hücum pilotsuz təyyarələrinin performans testlərini izləyən Kim pilotsuz təyyarələrin taktiki və texniki xüsusiyyətlərindən razı qaldığını bildirib.

Kim institutdakı çıxışında müharibələrdə müxtəlif tipli pilotsuz təyyarələrin rolunun artdığına diqqət çəkərək, Koreya Xalq Ordusunun (KPA) qoşunlarının ən qısa zamanda ən müasir PUA-larla təchiz edilməsinin vacibliyini vurğulayıb. 

Bu çərçivədə pilotsuz təyyarələrin inkişafı və istehsal səylərinin sürətləndirilməsi əmrini verən Kim, “Müxtəlif tipli daha çox intiharçı pilotsuz uçan aparatlar, həmçinin strateji kəşfiyyat və çoxməqsədli hücum pilotsuz təyyarələri taktiki piyada və xüsusi əməliyyatlarda istifadə üçün hazırlanmalı və istehsal edilməlidir" deyib.

Kim sualtı hücum dronlarının da inkişafının vacib olduğunu qeyd edərək, süni intellekt texnologiyalarının dron texnologiyalarına inteqrasiya edilməsinin vacibliyini vurğulayıb.

Günel Məlikzadə