-
- 26-08-2024, 16:34
- 339
524 nəfərə məzar olan gəmi tapıldı
Birinci Dünya Müharibəsi zamanı 524 nəfərin ölümünə səbəb olan gəmi Şotlandiya sahillərində tapılıb.
News24.az xəbər verir ki, 100 ildən artıqdır ki, dənizin dibində olan gəmi midye və dəniz yosunu ilə örtülsə də, son dərəcə yaxşı vəziyyətdədir.
Uzunluğu 118 metr və eni 18 metr olan HMS Hawke adlı gəmi ilk dəfə 1891-ci ildə suya buraxılıb.
BBC-nin verdiyi məlumata görə, 1914-cü il oktyabrın 15-də atılan torpedo gəminin alov almasına, partlamasına və 8 dəqiqə ərzində suya batmasına səbəb olub. Partlayışdan 70 nəfər sağ çıxa bilsə də, gəmidə olan digər 524 nəfər xilas ola bilməyib. Kral Hərbi Dəniz Qüvvələrinin yaxın həftələrdə qəzaya uğrayanları rəsmi olaraq müəyyən edəcəyi gözlənilir.
Günel Məlikzadə