-
- 27-08-2024, 09:02
- 277
Durovun mühafizəçisi və köməkçisi dindirildikdən sonra sərbəst buraxılıb
Fransada saxlanılan “Telegram” messencerinin həmtəsisçisi Pavel Durovun mühafizəçisi və köməkçisi müstəntiqlər tərəfindən dindirildikdən sonra sərbəst buraxılıb.
News24.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) agentliyi məlumat yayıb.
Qeyd edək ki, Durov avqustun 24-də Le Burje hava limanında saxlanılıb, ertəsi gün isə onun həbs müddəti 96 saata qədər uzadılıb.