-
- 26-08-2024, 21:29
- 378
Pavel Durovun həbs müddəti bu tarixdə bitəcək
"Telegram"ın təsisçisi Pavel Durovun Fransada uzadılmış həbs müddəti avqustun 28-də başa çatacaq.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Paris prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, onun həbsdə saxlama müddəti avqustun 25-də istintaq tərəfindən uzadılıb və mütəşəkkil cinayətlərlə bağlı tətbiq edilən prosedur nəzərə alınmaqla, 96 saata qədər (yəni avqustun 28-dək) davam edə bilər.