Əhaliyə XƏBƏRDARLIQ - Bu gün axşam saat 18-dək... - FOTO
    • Bu gün, 11:34
    • 370

Əhaliyə XƏBƏRDARLIQ - Bu gün axşam saat 18-dək... - FOTO

Bu gündən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğanın şiddəti zaman-zaman bir qədər  şiddətlənəcək.

News24.az xəbər verir ki, zəif geomaqnit qasırğası bu gün saat 09:00-dan etibarən hiss edilməyə başlayıb, günorta saat 15:00-18:00 aralıqlarında nisbətən güclənərək yerini orta geomaqnit qasırğasına verəcək.

Axşamüstü saat 18:00-dan isə müşahidə ediləcək qasırğasnın təsiri yenidən azalaraq zəif geomaqnit qasırğasına çevriləcək. 

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.