Ən ucuz internet hardadır: Bakıda, İrəvanda, yoxsa Tiflisdə?
    • Dünən, 22:00
    • 199

Ən ucuz internet hardadır: Bakıda, İrəvanda, yoxsa Tiflisdə?

Cənubi Qafqaz ölkələrində internet qiymətləri açıqlanıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Numbeo” onlayn məlumat bazası məlumat yayıb.

Bildirilib ki, aylıq 60 Mbit/s internet paketinin qiyməti Ermənistanda təxminən 22 dollar, Gürcüstanda 18 dollara yaxındır. Azərbaycanda yeni tariflə 100 Mbit/s internet 14,7 dollardır.

Qardaş Türkiyədə isə 60 Mbit/s internet 11,7 dollaradır.

Ən bahalı internet isə Kubadadır. "Azadlıq adası"nda 60 Mbit/s internetin qiyməti 228.17 dollardır.