Sürət qatarı traktora ÇIRPILDI - YARALILAR VAR
    • Bu gün, 16:31
    • 216

Sürət qatarı traktora ÇIRPILDI - YARALILAR VAR

Belçikada sürət qatarı traktora çırpılıb və Brüssel-London-Amsterdam dəmiryolunun hərəkəti ciddi şəkildə pozulub. 

News24.az xəbər verir ki, hadisə nəticəsində 2 sərnişin yaralanıb.

Fransanın Lill şəhərindən Brüsselə gedən TGV sürətli qatarı səhər saatlarında Belçikanın Tournai şəhəri yaxınlığında keçiddə dayanan traktorun qoşqusuna çırpılıb. Yol işləri ilə əlaqədar qatar 1-ci xətt əvəzinə 94-cü xətt üzrə daha yavaş hərəkət edərək traktorun uzun məsafəyə dartılmasına səbəb olub.

Traktor sürücüsünün atlayaraq xilas olduğu qəzada, qatarda olan 2 sərnişin yaralanıb. Qəza səbəbindən sözügedən qatar xətti qeyri-müəyyən müddətə bağlanıb. 

120 sərnişin avtobuslarla təxliyə edilərkən, bölgəyə çoxlu təcili yardım maşınları göndərilib.

Məryəm İlhamqızı