-
- 27-08-2024, 22:00
- 2 037
Dünyada çörək əvəzinə yeyilən tərəvəz
İmmunitetinizi gücləndirmək, xəstəliklərə qarşı müqavimət əldə etmək, sağlam və uzun ömür sürmək üçün qidalanma siyahınızı nəzərdən keçirməlisiniz. Sağlam qidalar istehlak edərək, bədəninizin ehtiyac duyduğu vitamin və mineral dəstəyi təmin edə bilərsiniz.
News24.az xəbər verir ki, dünyada və xüsusilə Cənubi Amerikada tez-tez istehlak edilən və orqanizmə faydaları ilə diqqət çəkən bir tərəvəz var.
Görünüşünə görə kartofu xatırladan, acı və şirin olmaqla iki çeşidə bölünən, tərkibindəki karbohidrat miqdarına görə bir çox ölkədə çörək əvəzinə istehlak edilən manok tərəvəzi orqanizmin müqavimətini artırır.
Dünyada 500 milyon insan manok bitkisindən istifadə edir. Tam şəfa mənbəyi olan bu bitki orqanizmdə heç bir xəstəlik buraxmır.
Dünyada yarım milyard insanın əsas qida mənbəyi olan manok tərəvəzi qaynadılıb qızardıldığı kimi bəzən una çevrilərək istehlak edilə bilər.
Healthline müəllifləri, cassava bitkisinin kilo vermə prosesində də təsirli ola biləcəyini iddia edirlər. Manok kökünü istehlak edərkən, onu aşmamaq faydalıdır. Manok kökləri şüursuz şəkildə istehlak edildikdə, mədə ağrısı, yanma hissi və baş ağrısı kimi nəticələrə səbəb ola bilər.
Yeməzdən əvvəl soyulmalı və bişirilməlidir. Bişirməzdən əvvəl 48-60 saat gözləmək də manokonun toksikliyini azaldacaq.
Günel Məlikzadə