İstiyə görə ölənlərin sayı rekord həddə ÇATDI
    • 27-08-2024, 17:32
    • 312

İstiyə görə ölənlərin sayı rekord həddə ÇATDI

ABŞ-da 1999-2023-cü illər arasında yüksək temperaturun təsiri nəticəsində ən çox ölüm halının 2023-cü ildə baş verdiyi müəyyən edilib.

News24.az xəbər verir ki, Journal of American Medical Association (JAMA) jurnalında dərc olunan araşdırmada elm adamları 1999-2023-cü illər arasında ABŞ-da artan temperaturun səbəb olduğu ölümləri araşdırıblar.

Tədqiqatçılar məlum olan ən isti il kimi qeydə alınan 2023-cü ildə yüksək temperaturdan ən azı 2325 nəfərin öldüyünü qeyd edərək, bunun həmin dövr üçün ən yüksək rəqəm olduğunu bildiriblər.

2004-2010-cu illərdə temperaturun artması səbəbindən ölümlərin azaldığını bildirən tədqiqatçılar, bu ölümlərin 2010-cu illərdə artmağa başladığına diqqət çəkiblər.

Tədqiqatçılar qeyd ediblər ki, qlobal istiləşmə səbəbindən ölkədə temperatur və istiliklə bağlı ölüm halları artmaqda davam edəcək.

Məryəm İlhamqızı