-
- 22-08-2024, 13:59
- 208
Dünya risk altındadır: Ölümlər üç dəfə artacaq
Avropa Komissiyasının Birgə Araşdırma Mərkəzi - JRC tərəfindən dərc edilən iqlim hesabatında, “Avropada aparılan ilk qiymətləndirmə göstərir ki, mövcud iqlim siyasəti qlobal temperatur artımını 3 dərəcə ilə məhdudlaşdırsa belə, istiliklə bağlı ölüm halları arta bilər. Əlavə uyğunlaşma tədbirləri görülməsə, bu əsrin sonuna qədər ildə 55 min əlavə ölüm baş verə bilər. İstilik ilə bağlı ölümlərdəki bu 13,5 faiz artım iqlim tədbirlərinin gecikdirilməsinin dəyərini vurğulayır".
News24.az xəbər verir ki, hesabatda 1991-2020-ci illər arasında soyuqdan ölümlərin daha yüksək olduğu, lakin 3 dərəcə istilik artımı ilə istidən ölümlərin üç dəfə arta biləcəyi barədə xəbərdarlıq edilib.
“Tədqiqata əsasən, hazırda (baza dövrü 1991-2020) həddindən artıq isti və ya soyuqla bağlı ölümlərin ümumi yükü Avropada ildə 407 min təşkil edir. Hər il təxminən 363 min 500 nəfər soyuqdan, 43 min 700 nəfər isə həddindən artıq istilərdən ölür. 3 dərəcə istiləşmə ssenarisində proqnozlar isti ilə bağlı ölümlərin bugünkü ilə müqayisədə üç dəfə artacağını göstərir".
Araşdırmaya görə, 3 dərəcə istiləşmə ssenarisində Yunanıstanda istidən ölümlər ildə 1730-dan 4 min 767-yə, Fransada 3 min 61-dən 13 min 564-ə, İtaliyada isə 10 min 433-dən 28 285-ə, İspaniyada isə 4 min 414-dən 20 min 194-ə yüksələcək.
Günel Məlikzadə