-
- 7-06-2019, 16:17
- 1 883
“AAAF Park” rəhbərliyi ilə sakinlər arasında QALMAQAL - “Daha gücümüz çatmır...”
“AAAF Park” Yaşayış Kompleksinin (A və B kompleksləri) binalarında lift, təhlükəsizlik və domofon olmaya-olmaya bizdən həddən artıq xidmət haqqı istəyirlər. Buna görə də, sakinlər həmin məbləği verməkdən boyun qaçırırlar. Azərbaycanın heç bir yerində belə yüksək məbləğdə xidmət yoxdur”.
Bu fikirləri News24.az-a “AAAF Park” Yaşayış Kompleksinin sakinlərindən biri redaksiyaya ünvanladığı şikayət məktubunda bildirib.
Şikayətçi qeyd edib ki, yaşadıqları binanın liftləri bərbad vəziyyətdədir: “Sizə göndərdiyim şəkildə də aydın görürsünüz, liftlərimiz başdan-ayağa təhlükədir. Hər tərəfi açıqdır, nə qapısı var, nə tavanı”. Şikayətçi qeyd edib ki, bina sakinlərinin ən böyük problemi isə binanın yanında qalaqlanan zibillikdir: “Üfunət iyindən binaya girib-çıxmaq məşəqqətə çevrilib. Binada yaşayanlar da, gəlib-gedənlər də qalaqlanan zibillərin qoxusundan öyüyür”.
Şikayətçi sakinin fikirləri ilə bağlı “AAAF Park” Yaşayış Kompleksinin mətbuat katibi Kənan Məstəliyevlə əlaqə saxladıq.
Mətbuat katibi News24.az-a açıqlamasında “AAAF Park”-ın A və B kompleksinin sakinlərinin onlara göstərilən xidmət xərclərini ödəmək istəmədiklərini bildirib: "Nə qədər minimal məbləğ qoysaq da, onlar bunu ödəməkdən imtina edirlər. Halbuki onların xidmət haqqı ödəmədikləri müddət boyu şirkət on minlərlə manat xərc çəkib. Amma onlar yenə də razılaşmırlar. Onlar bizim xidmətdən imtina edərək bu işi özləri görməyə çalışdılar. Əlbəttə, onların cəmiyyət yaratmaq ixtiyarları var. Amma özləri gedib araşdırıblar və məlum olub ki, fərdi qaydada bu işə çəkəcəkləri xərc bizim təklif etdiyimiz qiymətdən dəfələrlə bahadır. Çünki zibilin daşınması, blokların təmizlənməsi, işıqlandırılması, kameraların quraşdırılması, təmizlik və s. xidmətlər çox baha başa gəlir. Artıq onlar özləri bizə müraciət edirlər. Sabah bizim şirkətlə sakinlər arasında görüş olacaq, yəqin ki, problem həllini tapacaq. Amma yenə də deyirəm, bu problem bizdən qaynaqlanmır. Biz artıq bu qədər xərci ödəyə bilmirik. Bu günədək çox böyük məbləğdə pul xərcləmişik. Amma artıq gücümüz çatmır. Biz sakinlərimizlə düşmən deyilik ki... Biz də onların rahatlığını istəyirik”.
Söhbət əsnasında K.Məstəliyev "AAAF Park”da su, qaz, işığın da tez-tez kəsilməsinə də münasibət bildirib: "Biz qərəzli olaraq kiminsə qazını, işığını kəsmirik. O xidmətləri ödənişə uyğun həyata keçiririk. Aylarla borcu olan sakinlər var, bilərəkdən pulu ödəmirlər. Biz də məcbur olub kəsirik”.
“AAAF park” da «Limuland» əyləncə mərkəzinin natəmiz şəraitdə olması ilə bağlı narazılıqları isə K.Məstəliyev belə cavablayıb: “ AAAF Park”da olan bütün obyektlər ayrı-ayrı şəxslər tərəfindəın icarədədir. Fərdi iş adamlarına verilib. Əgər belə bir şey varsa, bununla bağlı rəhbərliyə xəbər verəcəyik ki, məsələ araşdırılsın”.
Afaq Mirayiq