"Rəcəb baba" deyib səslənən qızcığaza - Ərdoğandan cavab - VİDEO
    • 4-08-2018, 10:46
    • 1 167

"Rəcəb baba" deyib səslənən qızcığaza - Ərdoğandan cavab - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəfə də ona səslənənləri cavabsız qoymayıb. 

News24.az xəbər verir ki, ailəsi ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edən Rəcəb Tayyib Ərdoğan yolda ona "Rəcəb baba" deyən qıza görə prezident kortejini dayandırıb. 


Dövlət başçısı blaca qızın səsinə biganə yanaşmayıb və avtomobilini dayandırıb. İsveçdə yaşayan və Türkiyəyə gələn ailə, prezidentin bu addımına çox sevinib. Bacılar gözlərinə inanmayaraq, həyəcandan ağlamağa başlayıblar. 

Ərdoğan onlarla xatirə şəkli çəkdirib. Sonda Rəcəb Tayyib Ərdoğan qızlara oyuncaqlar hədiyyə edib. 

Türkiyə prezidentinin bu addımı növbəti dəfə sosial şəbəkələrdə izləmə rekordu qırıb. 

Elvin Nüsrətoğlu