ŞOK! Balta ilə ərinin xalası oğlunun başını yardı - FOTOLAR
    • 28-08-2024, 14:43
    • 298

ŞOK! Balta ilə ərinin xalası oğlunun başını yardı - FOTOLAR

Ərzurumun Yakutiye rayonunda 38 yaşlı Suzan. E ərinin xalası oğlunu başından balta ilə yaralayıb. Qadın 42 yaşlı Ünal E-ni onun ləyaqətinə toxunmaqda ittiham edib.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, hadisəyə qədər Suzan keçmişdə münasibətdə olduğu Ünaldan onu rahatsız etdiyinə görə polisə bir dəfə şikayət də edib.

Qarşı tərəf davamlı olaraq onu narahat edib və görüşmək təklif edib. Sonuncu dəfə kişinin təkidi ilə onlar çay bağçasında görüşüblər. İddiaya görə, onlar maşında əyləşərkən Ünal E. Suzan E.-ni tapança ilə hədələyərək: “Səni şikəst edəcəyəm. Ərindən boşanıb mənimlə evlənəcəksən” deyib.

Qadın isə maşından düşərkən çantasından balta çıxarıb və kişinin baş nahiyəsindən vuraraq xəsarət yetirib. Qan içində olan Ünal E. qaçaraq işçilərdən kömək istəyib.

Hadisə yerinə polis və təcili yardım maşını gəlib. İlkin tibbi yardım alan Ünal E. Ərzurum Şəhər Xəstəxanasına aparılıb. Polis Suzan E.-ni istifadə etdiyi balta ilə birgə bölməyə aparıb.

Həyati təhlükəsi olmayan və müalicəsi tamamlanan Ünal E. və Suzan E. Ərzurum Polis Şöbəsinə bağlı Yakutiye ailə ofisində aparılan əməliyyatlardan sonra ədliyyəyə sövq ediliblər.

Qadın əməlini yaxın qohumunun onun namusuna toxunduğu üçün etdiyini deyib.

“Namusum və atamın ləyaqəti üçün etdim. O, mənə ərimdən boşanıb onunla evlənməyi təklif etdi. Mənə çox böhtan atdı. Televiziyaya çıxdığı üçün etdim. Ləyaqətimlə oynadı”.

Ünal E. cavabında “Mən heç kimi təhdid etməmişəm. O, məni öldürməyə cəhd etdi” deyib.

Suzan E. “qəsdən yaralama” maddəsi ilə həbs edilib, Ünal E. İsə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.