-
- 29-08-2024, 13:48
- 329
2 min polis onu axtarır: Özünü “kainatın sahibi”, "Allahaın oğlu" kimi təqdim edir
Cənub-Şərqi Asiya ölkəsi Filippində 2 min polis əməkdaşının iştirakı ilə genişmiqyaslı əməliyyat təşkil edilib.
News24.az xəbər verir ki, əməliyyat 6 milyon üzvü olduğu iddia edilən “İsa Məsihin Krallığı” adlı təriqətin lideri Apollon Quiboloyun tutulması üçün həyata keçirilib.
Özünü "Allahın oğlu" və "Kainatın sahibi" kimi təqdim edən Quiboloyun 30 metr dərinlikdə yeraltı sığınacaqda gizləndiyi təxmin edilir.
Yüzlərlə polis eyni vaxtda sektaya aid 40-a yaxın binaya, o cümlədən sektanın kilsəsinə, məktəbə və anqara basqın edib.
Komandalar basqın zamanı yüzlərlə təriqət üzvünün müqaviməti ilə qarşılaşıb.
Polisin basqını zamanı sığınacağın zirzəmisində dar və qaranlıq dəhlizlər, taxta parçaları ilə dolu otaqlar və yerə səpələnmiş əşyalar da qeydə alınıb.
Quiboloy iddia edir ki, 1973-cü ildə Cənubi Koreyada iştirak etdiyi xidmət zamanı Tanrı ona “Mən səndən istifadə edəcəyəm” deyə pıçıldayıb.
Qeyd edək ki, din lideri ABŞ tərəfindən uşaq alveri, fırıldaqçılıq və cinsi istismarda ittiham olunur.
Günel Məlikzadə