Slovakiya-Azərbaycan matçının biletləri satışda! – 2 avro…
    • 29-08-2024, 17:17
    • 277

Slovakiya-Azərbaycan matçının biletləri satışda! – 2 avro…

Futbol üzrə Millətlər Liqasının C1 qrupunda Slovakiya və Azərbaycan milli komandaları arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, biletlərin qiymətləri 2-20 avro (təxminən 4-38 manat) aralığında dəyişir.

Qeyd edək ki, Slovakiya-Azərbaycan oyunu sentyabrın 8-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qarşılaşma 12 min tamaşaçı tutumuna malik "Koşice Football Arena" stadionunda keçiriləcək.