“Qarabağ” biletlərin qiymətini AÇIQLADI
    • 5-08-2022, 18:20
    • 511

“Qarabağ” biletlərin qiymətini AÇIQLADI

Azərbaycan Premyer Liqasının I turunda keçiriləcək “Qarabağ” – “Səbail” oyununun biletləri satışa çıxarılacaq.

News24.az xəbər verir ki, biletlər sabahdan satışda olacaq. Bu proses saat 11:00-dan oyun başlayanadək davam edəcək.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri Iticket.az-dan və “Azersun Arena”nın kassalarından əldə etmək mümkündür. Qapılar isə azarkeşlərin üzünə matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, sabah “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Səbail” oyunu saat 20:00-da başlayacaq.