Bu hakimlər futboldan uzaqlaşdırıldı
    • 30-08-2024, 21:14
    • 435

Bu hakimlər futboldan uzaqlaşdırıldı

Polşa Futbol İttifaqının (PFU) İntizam Komitəsi hakimlər Bartoş Frankovski və Tomaş Musialı 1 illik futboldan kənarlaşdırıb.

News24.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Qərara səbəb sözügedən hakimlər tərəfindən ictimai asayişin və davranış qaydalarının pozulmasıdır.  

Frankovski və Musial avqustun əvvəlində Lyublin şəhərində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Dinamo" (Kiyev, Ukrayna) - "Reyncers" (Şotlandiya) matçını idarə etməli idilər. Lakin oyundan əvvəlki gecə onlar sərxoş vəziyyətdə polis tərəfindən saxlanılıblar. Bundan əlavə, hakimlər yol nişanını oğurlayıblar. UEFA onları dərhal başqa hakimlərlə əvəz edib.

Hakimlərin hər biri 1 il müddətinə futboldan kənarlaşdırıb və 25 min zloti məbləğində cərimələnib.