Müdafiə Nazirliyinin polkovnik-leytenantı həbs edildi
    • 30-08-2024, 18:12
    • 309

Müdafiə Nazirliyinin polkovnik-leytenantı həbs edildi

Müdafiə Nazirliyinin polkovnik-leytenantı həbs edilib. 

Hərbi Prokurorluqdan News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi, ehtiyatda olan polkovnik-leytenant Məmmədli Rüstəm Ağali oğluna Cinayət Məcəlləsinin 32.3, 179.3.2-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib. 

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə Məmmədli Rüstəm Ağali oğlu barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.