Bu gün "Kürü keçək?!" yarışı təşkil olunacaq
    • 31-08-2024, 09:30
    • 521

Bu gün "Kürü keçək?!" yarışı təşkil olunacaq

Bu gün Mingəçevir şəhərində "Kürü keçək?!" adlı açıq suda üzmə yarışı təşkil olunacaq.

News24.az "Report"a istinadən xəbər verir ki, turnir su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Kür çayının iki sahili arasında gerçəkləşəcək yarışda ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı şəxslər iştirak edəcəklər.

Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2023-cü ildə isə Mingəçevirdə Kür çayında (“Kürü keçək”) gerçəkləşib. Mingəçevir şəhərində, Kür çayında növbəti dəfə keçiriləcək yarış peşəkarlar və həvəskarlar arasında 300 metr məsafəyə təşkil ediləcək.