-
- 24-07-2019, 21:42
- 1 343
Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulla üzmə yarışında beşinci oldu
İyulun 24-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük üzrə kişilər arasında 200 metr məsafəyə batterflay üsulla üzmə yarışında qalib və mükafatçılar müəyyənləşib.
News24.az xəbər verir ki, rusiyalı atlet Vadim Klimenişçev finişə 1 dəqiqə 58,06 saniyəyə çataraq yarışın qalibi olub. Böyük Britaniya üzgüçüsü Eduard Mildred (1 dəqiqə 58,64 saniyə) gümüş, Polşa təmsilçisi Kristof Çmielevski (2 dəqiqə 1,82 saniyə) bürünc medallara sahib olublar.
Azərbaycan atleti Ramil Vəlizadə yarışda 2 dəqiqə 2,71 saniyə nəticə ilə beşinci yeri tutub.