-
- 31-08-2024, 16:47
- 299
İlon Mask: "ABŞ sürətlə müflisləşməyə yaxınlaşır"
Məşhur milyarder İlon Mask ABŞ-ın yaxın gələcəkdə müflisləşəcəyini bildirib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, o, dövlət xərclərinin mövcud göstəriciləri ilə ABŞ-ın sürətlə müflisləşməyə doğru getdiyini bildirib: "Hökumətin həddindən artıq xərcləməsi inflyasiyanı təhrik edir".
Qeyd edək ki, 29 iyulda ABŞ Maliyyə Nazirliyi bildirdi ki, dövlət borcu tarixdə ilk dəfə olaraq 35 trilyon dollar həddini keçib. Konqresin büdcə idarəsinin proqnozlarına görə, 2034-cü ildə bu rəqəm 50 trilyon dollardan çox və ya ÜDM-in 122%-dən çox olacaq. İdarənin qiymətləndirmələrinə görə, 2029-2034-cü illərdə ABŞ ÜDM-nin orta illik artımı 1.8% təşkil edəcək.