“Avqust mənim üçün çətin bir ay oldu”
    • Bu gün, 20:12
    • 79

“Avqust mənim üçün çətin bir ay oldu”

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada Hacızadə paylaşımı ilə maraq yaradıb.

News24.az OLAY-a istinadla yazır ki, Suada avqust ayını necə yola salmasını çəkdiyi fotoları ilə instaqramda yayımlayaraq nümayiş edib. 

Şəkillər arasında Hacızadənin həm rəssamlıq qabiliyyətini həmdə mətbəxdəki bacarığı yer alıb. 

Hollivud ulduzunun gəlini bildirib ki, avqust ayı onun üçün olduqca gərgin və yorucu keçib:

“Avqust mənim üçün zehni olaraq olduqca çətin bir ay idi, amma gücü və sevgini içimdə saxlayaraq keçdim”.

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.